İŞİD aktivləşib: 10 minə yaxın terrorçu məqam gözləyir: Partlayış! + Foto

Dünyanın başı koronavirusla mübarizəyə qarışdığı bir vaxtda məhv olduğu iddia edilən İŞİD terror qruplaşması yenidən gün üzünə çıxıb. 
İllərdir səssizliyini qoruyan və yer altına çəkilən dəhşətli terrorçu qruplaşma 3 ildən sonra ən böyük teraktını reallaşdırıb.  
“Sherg.az”ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Suriyanın qərbində Al-Saan qəsəbəsini hədəf seçən terrorçular bölgədəki polis şöbəsinə hücum ediblər. 
Terrorçular 8-i polis və əsgər olmaqla ümumilikdə 46 nəfəri əsir götürüblər. Hücumda bir neçə mülki şəxs ölüb, xeyli insan yaralanıb. 




Ekspertlər İŞİD-in yuxuya getmiş hücrələrinin oyandığını iddia edirlər. Onların fikrincə, gizli məkanlarda 10 minə yaxın terrorçu gizlənib və uyğun vaxt gözləyirlər.

Terrorçuların əsas hədəflərinin əsasən hərbi maşınlar və əsgərləri daşıyan vasitələr olduğu deyilir. İŞİD-in İraqda da meydana çıxdığı deyilir. 

Suriya İnsan Haqqları Mərkəzinin rəhbəri Rami Abdel Rahman bildirib ki, İŞİD terrorçuları əvvəlki vaxtlarda daha çox hökumət adamlarını, polis və əsgərləri hədəf alırdılar.

Amma son aylarda yenidən ortaya çıxan İŞİD bugünədək 28 çobanı öldürüb.