Afət şəhidlərimizə hörmətsizlik etdi - Linç olundu:"Nə tullana-tullana oynayırsan?!"

Müğənni Afət Fərmanqızı ilə bir izləyicisi arasında münaqişə yaranıb.
"Sherg.az" xəbər verir ki, İnstaqramda rəqs edərkən çəkilən videosunu paylaşan ifaçı "Karimovaaggun1991" adlı istifadəçinin qəzəbinə tuş gəlib. Həmin şəxs bu kommenti yazıb:

"Bu paylaşımı edərkən utanmadın? Düşünmədin burda nə tullana-tullana oynayırsan, anaların ürəkləri balaları üçün qan ağlayır. Şəhidlərimizə hörmət etmirsən? Burda sənə dəstək olanlar da qeyrətdən xəbərsizdirlər". 

A.Fərmanqızı isə o rəyi belə cavablandırıb:

"Məclisi təşkil edənlər biz deyilik, sizsiniz. Bu bizim işimizdir, amma sizin üçün əyləncədir. İndi düşün ki, şəhidə hörmətsizliyi kim edir, məclis quranlar, yoxsa hamballıqla oxuyub, oynayıb pul qazananlar? Şəhidlərimizə ən böyük hörmətsizliyi bizi tədbirlərə çağıran siz edirsiniz".