Azərbaycanda bir gündə 33 nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 283 576 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.
Ölkədə son sutka ərzində 14 912 test aparılıb.