245-ci “El Klassiko” 

Bü gün sayca 245-ci “El Klassiko” həmişə olduğu kimi bu gecə də böyük maraqla və səbirsizliklə gözlənilir. ”Real Marid”və “Barselona” nəinki Avropanın hətta dünyanın köklü, tarixi komandalarından sayılırlar. Bu iki nəhəng komanda “La Liqa” tarixində indiyədək  244 dəfə üz-üzə gəliblər, bü görüşlərdə 96 görüşdə  “Barselona”, 97 görüşdə isə “Real Madrid” qələbə qazanəb və 52 görüş heç-heçə nəticələnib. 
Statistika bu görüşlərin necə prinsipial və necə tarixə malik olduğunu göstərir. Doğrudur, bu iki nəhəng komanda haqqında danışılacaq və yazılacaq çox maraqlı məqamlar olsa da bu gün qısa olaraq komandaların  bu mövsümdəki oyunları haqda və baş tutacaq mövsümüm əsas görüşü haqda danışaq.
Bu mövsüm hər iki komandanın çempion olmaq şansları olduqca yüksəkdir. Qeyd edək ki, 65 xala malik olan “Barselona” “La liqa”nın 2-ci pilləsindədir,”Real Madrid” isə 63 xalla 3-cü pillədədir, lider isə 66 xalla digər Madrid təmsilçisi “Atletiko Madrid”dir. 

Beləliklə, “La liqa”da “El klassiko” təmsilçilərin son 5 oyununa baxdıqda “Kral klubu” 3 qələbə və 2 heç-heçəyə nail olub, “Katalonlar” isə son  5 oyunda 5 qələbə qazanıblar. Ümümi nəzər yetirsək ilk dövrədən sonra bu komandalar stabil uğurlu görüşlər keçirirlər, lider ”Atletiko Madrid” isə əksinə ilk dövrədən sonra büdrəməyə başlayıb və ard-arda xal itkiləri xüsusən son görüşlərdə “La liqa”nın lider statusunu itirmək üzrədir.

Bu gecə baş tutacaq “El Klassiko” və turnir cədvəlinə nəzər yetirsək “Barsa” daha çox qələbə ehtiyacı var.

Digər “El Klassiko” görüşlərinə  baxdıqda bu görüş pandemiya səbəbiylə boş tribunalarda keçiriləcək, sözsüz bu cür prinsipial tarixi görüşü azerkeşsiz görmək çox üzücüdür. Buna baxmayaraq, hər iki komanda qələbə üçün savaşacaq, meydanda sözsüz nə “Real Madrid” nədə ki, “Barselona” bir-birlərinə təslim olmaq niyyətindədirlər. Hər hansı komanda belə bü gürüşdə məğlub olsa belə yenə də çempionluq şansların qoruyub saxlayacaq, ancaq kim bilir bəlkə də bu görüş “La liqa”nın sonunda həlledici görüş kimi yaddaşlarda qalacaq. Bu gecə bizi maraqlı, dramatik, prisipial, bol qollu möhtəşəm “El Klassiko” gözləyir.

Nizami Qiliyev/İdman şərhçisi