Ərdoğanla Zelenskinin görüşü başladı - FOTO


Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Huber Köşkündə planlaşdırılan görüş başlayıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Görüşdən sonra iki lider Yüksək Səviyyəli Strateji Şuranın iclasında iştirak edəcək.
İki ölkə arasındakı müqavilələrin imzalanma mərasimindən sonra Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı təşkil olunacaq.
Görüş rəsmi nahar masası ətrafında davam etdiriləcək.