Röya sadaladı: "Görün, neçə sevgilim var""

Bir müddət öncə müğənni-bəstəkar Elza Seyidcahan həmkarı Röya Ayxan haqqında "O hər gün musiqiləri ilə sevişir, təkcə Hüseyni doğmayıb" deyə açıqlama verib.
"Sherg.az"ın məlumatına görə "Zaurla Günaydın" verlişində qonaq olan Röya bu haqda danışıb. Xalq artisti E.Seyidcahanın sözləri ilə bağlı ona çoxlu zənglərin gəldiyini söyləyib:

" Bildirirlər ki, Elza xanım söyləyib ki, Röyanın xeyli uşağı var, o çoxları ilə sevişib. Mən də qayıtdım ki, o xanım məni çox istəyir. Hər zaman belə olmuşam. Məsələn, deyirdilər ki, filankəs sənə söz atmağa başlayıb. Cavab verirdim ki ola bilməz, axı yaxın zamanda bir yerdə klubda yeyib-içib, oynamışıq. Demə düz imiş. Elza xanım üçün də eyni reaksiyanı verdim. Bildim ki, öz xarakterinə uyğun bir şey deyib. Elə də oldu. O qədər haqlıdır ki... Doğrudan da mən konsertlərimi, mahnılarımı dünyaya gətirmişəm. Görün mənim neçə dənə sevgilim var..."