ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama

ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirusa qarşı “Johnson&Johnson” peyvəndi ilə tromb yaranması arasında əlaqə görmür. 

Bu barədə “New York Times” xəbər yayır.

“Hazırda peyvəndlərlə trombozun əlaqəsini tapmadıq və bu halları araşdırmağa və qiymətləndirməyə davam edirik”, - deyə FDA-dan bildirilib.

Qeyd olunur ki, araşdırmalar üçün lazım olan məlumatlar Avropa Dərman Agentliyinə (EMA) təqdim edilib.

“Johnson&Johnson” şirkətindən də vaksinasiya ilə tromboz arasında heç bir əlaqə olmadığı bildirilib.

Xatırladaq ki, ABŞ-da “Johnson&Johnson” dərman şirkətinin iki kütləvi peyvənd mərkəzi vaksinasiya olunmuş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalar səbəbi ilə müvəqqəti bağlanıb.