Atatürkün gödəkcəsi satışa çıxarılıb: Fantastik qiymətə yüksəlib! - Fotolar

Atatürkün gödəkcəsi veb saytdakı hərrac yolu ilə satışa çıxarılacaq. Gödəkçə www.arthill.com.tr saytında onlayn satışa çıxarılıb. Açılış qiyməti 1 dollar olan pencək indiyədək 15.000 dollara yüksəlib. Gödəkcənin qiymətinin hərracın son gününə - 18 aprelə qədər 2 milyon dollara yüksələcəyi gözlənilir.
Qeyd edək ki, Atatürkün pencəyi ilə bağlı çox maraqlı xatirə var: Bir gün Atatürk Salih Bozokun evində yeməyə gedir. Yeməyə gedərkən pencəyini unudur. Salih Bozok, Atatürkün razılığı ilə pencəyi qaytarmır və xatirə olaraq saxlayır. Bozok Ailəsində 3 nəsil qorunub saxlanılan  çox xüsusi miras, xalqla paylaşılmaq üçün muzeylərdə sərgilənib.
Gödəkcə ilk dəfə Ankaradakı Atatürk Otağında sərgilənərkən 2011-ci ildən bu günə qədər 10 il ərzində Rahmi M. Koç Muzeyində ziyarətçilər üçün sərgilənib.