Mingəçevirdə motosiklet dirəyə çırpılıb, sürücü ölüb

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Dəli Kür” restoranının yaxınlığında qeydə alınıb. 
İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. 
Faktla bağlı araşdırma aparılır.