Burcu qaşlarını 1 milyona sığortalatdı

Bir müddət əvvəl müğənni Sinan Akçılla ikinci dəfə evlənən aktrisa Burcu Kıratlı karyerasında sürətlə yüksəlməkdə davam edir.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, aktrisa ötən həftə kosmetika firmalarından biri ilə müqavilə imzalayıb.

Çəkilişlərdən razı qalan firma sahibləri Burcunun fotoları ilə öz markalarını dünya bazarına çıxarmaq qərarına gəlib.
Buna görə də, onlar Kıratlının gur qaşlarını 1 milyon lirəyə (208 min 700 manata) sığortalayıblar.