Ekvadorda prezident seçkilərinin ikinci turu keçiriləcək


Bazar günü Ekvadorda prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, seçkilərdə 13 milyondan çox seçici iştirak edəcək. Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan saat 17:00-a qədər fəaliyyət göstərəcək. İkinci turda sol mərkəzçi "Ümid naminə İttifaq" koalisiyasını təmsil edən Andres Arausla sabiq bankir, sağ mərkəzçi "KREO Hərəkat"dan Gilyermo Lasso mübarizə aparacaqlar.

Seçkilərdə qalib gələn şəxs mayın 24-də prezident vəzifəsinin icrasına başlayacaq. Onun vəzifə səlahiyyətinin müddəti dörd ildir.

Qeyd edək ki, Ekvadorda prezident seçkilərinin ikinci turu fevralın 7-də keçirilib. Bir sıra mütəxəssislərin seçkilərdə Arausun qalib gələcəyi ilə bağlı proqnozları düz çıxıb. O, ilk turda 32,72 faiz səs toplayıb.