Rusiya Ukraynaya qarşı meydana robot tanklar çıxardı

Rusiya ilə Ukrayna arasında vəziyyət kritik həddə çatıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir durumda Rusiya tərəfi gözlənilməz addım atılıb. Belə ki, bir müddətdir robot tankları üzərində işləyən ölkə bu silahlardan yeni görüntülər yayımlayıb.



Yeni tanklar dövlət kanalı "Zvezda"da görüntülənib. Açıqlamada bildirilib ki, ilk mərhələdə 5 ədəd "Uran-9" adlı robot tankdan istifadə ediləcək və bu modeli icra edəcək əsgərlərin qısa müddətdə təlimlərinə başlanacaq. Bu silahların paytaxt Moskvada istehsal olunduğu da diqqətə çatdırılıb. Qısa müddətdə inventara girəcəyi elan edilən robot tanklar yeni bir qorxu silahı olaraq şərh edilib.