Zalım oğlu dəllək, hənanı pis yaxıb...

“İmperator”un saçları əvvəl qaraldı, sonra ağardı

“İmperator”  İbrahm Tatlısəsin Türkiyənin “Star” TV-də yayımlanan “İbo Show” proqramının növbəti buraxılışında saçlarının rəngi diqqət çəkib. Tatlısəsin illərdir saçlarını, bığını  boyatdığı, zatən kimsəyə sirr deyildi. Lakin ötən buraxılışda Tatlısəsin saçının və bığının rənginin həddən artıq tünd olması izləyicilərin və heyranlarının xoşuna getməmişdi. 

Və İbonun bu halı sosial mediada çox müzakirə edilmişdi. Sonrakı bölümdə isə Tatlısəs məsələyə aydınlıq gətirib, botoks etdirməsi ilə bağlı yayılan xəbərləri də təkzib etmişdi:



“Nə botoks, nə saçəkdirmə. Hamısı uydurmadır. Mən indiyədək nə idimsə, indi də eləyəm. Fikir etməyin, İbo, sizin İbonuz. Dəyişməz. Saç rənginin tündləşməsi boyanın saçda bir qədər çox qalmasına görə oldu”.   Yəni, Tatlısəs yeni imicinin bəyənilməməsinin fərqindədir. Proqramın növbəti buraxılışında Tatlısəs imicini yenə dəyişib. Bu dəfə saç rənginə  və bığına bir az ağ rəng qataraq çallaşdırıb; “Ağardılar saçlarım tək-tək..” misalı.  Bununla da Tatlısəsin çox müzakirə və tənqid edilən saç və bığ rəngindən əsər qalmayıb. 



Tatlısəsin daha bir yeniliyi, proqramın növbəti buraxılışına yenu mahnı ilə gələcəyi olub. Tatlısəsin 11 illik fasilədən sonra bəstələdiyi yeni mahnının adı “Gəlməsin”dir. Bu barədə yayılan xəbərlər pərəstişkarlarını hədsiz sevindirib, sosial media üzərindən təbrik və  alqışlar “sel” kimi axıb. Başqa bir xəbər isə “İbo Show”un gözlənilən izləici sayını toplamaması səbəbindən proqramın çəkilişlərinin dayandırılmasıya bağlı olub. Lakin şou-proqramın layihə rəhbəri Polat Yağcı bu xəbərləri təkzib edib və çəkilişlərin davam etdiklərini açıqlayıb. Üstəlik, İbrahim Tatlısəsə 750 min TL dəyərində “Cip” hədiyyə edib.