“Koronavirus”dan qaçanlar evlərini yük maşınlarında daşıyır 

Şəhərdəki sıxlıqda virusa yoluxma riskinin daha yüksək olduğunu anlayanlar təhlükədən yaxa qurtarmağa çalışır və çarəni boş ərazilərdə məskunlaşmaqda, təbiət qoynuna qaçmaqda görür.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbulun təbii gözəlliklıri ilə məşhur Şilə bölgəsinə hazırda “böyük köç” dalğası yaşanır. Vəziyyətin getdikcə kritikləşdiyini görən yerli bələdiyyə məskunlaşmaya son qoymaq və bölgəyə konteynerlərlə ev daşıyanların önünü kəsmək qərarına gəlib. 
Pandemiyanın sürət aldığı son 1 il içində Şilə bölgəsində meşəlik ərazilərdə, hətta əkin sahələrində də konteyner evlərin  sayı durmadan artır. Bir çoxları yük maşınları ilə tikinti materialları daşıyaraq “qaçaq evlər” (bildiyimiz “gecəqondular”) tikməyə cəhd edir.

Yerli bələdiyyə üzvləri yük maşınları daşınan konteyner evlərin sahiblərini cərimələyir. Şilə bələdiyyə başqanı İlhan Ocaklı bildirib ki, dənizi və meşəlik əraziləri ilə son zamanlar bölgə cazibə mərkəzinə çevrilib. Lakin qaçaq tikililərin inşasına imkan vermək olmaz. Fürsətcillərə heç vaxt icazə verilməyəcək. Bələdiyyə başqanı qaçaq evlərin peyk vasitəsilə çəkilən fotolar və dronlar vasitəsilə müəyyənləşdirildiyini deyib. Belə evlər möhürlənir, həm də bölgəyə yük maşınları və TIR-larla gətirildiyində yaxalanıb, geri qaytarılır. Qaçaq evlərin sahibi bələdiyyənin “sökün”, əmrinə tabe olmadıqda evlər bələdiyyə tərəfindən sökülür.