"Vasitəçilərin əliylə terrorçuları qaytarmaq cəhdi başadüşülən deyil” - Politoloq

"Azərbaycan rəhbərliyi dövlət maraqlarımızı ən yüksək səviyyədə qoruyur"

“Ermənistanın minalanmış ərazilərin xəritəsini vermədiyi halda vasitəçilərin əliylə terrorçuları qaytarmaq cəhdi başadüşülən deyil”.

Bunu “Sherg.az”a Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, erməni terrorçularının qaytarılması yalnız və yalnız şərtlərimiz icra edildikdən sonra mümkündür: 

“Ermənilərin istədikləri terrorçular olduğu halda, bizim istəyimiz dinc vətəndaşlarımızın ölməməsi və əhalinin tezliklə öz torpaqlarına qayıdışı üçün minalanmış ərazilərin xəritəsinin verilməsidir. Eyni zamanda üçtərəfli Bəyanatın maddələrinin yerinə yetirilməsidir. Son günlərdə baş verənlər bir daha sübut etdi ki, Azərbaycan rəhbərliyi dövlət maraqlarımızı ən yüksək səviyyədə qoruyur. Bundan sonra da şərtlərimizin qəbul edilməsi dövlətimizin əsas prioriteti olacaq”.