Qədim şəhərin görüntüləri dünya ictimaiyyətinə təqdim olunub - FOTOLAR

Misirdə 3000 illik tarixə aid qədim şəhər tapılıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Misirin cənubunda yerləşən Luksorda tapılmış qədim şəhərin görüntüləri dünya ictimaiyyətinə təqdim olunub. Bir sıra evlər olan qədim şəhərə Atonun parıldaması adı verilib.

İlk dəfə şəhərin qərb tərəfində yalnız məzarlar və türbələri aşkarlanıb, lakin sonradan burada vaxtilə yaşayışın da olduğu sübut edilib. Antik şəhərdə təxminən 3 metr hündürlüyündə divarlar və bölünmüş küçələr mövcuddur. Həmçinin həyatda istifadə edilən alətlərlə dolu otaqlar və şəhərdə geniş bir anbarın olduğu da aşkarlanıb. Şəhərdə tapılan əşyalar arasında min illər əvvəl qurudulmuş balıqlar, müxtəlif forma və ölçülərdə saxsı qablar, boyunbağı və möhür də var. Onun 3 min il əvvəl Amenhotep tərəfindən qurulduğu güman edilir.