Prezident əlil arabasına möhtac qalıb

Ayaq nevropatiyası xəstəliyindən əziyyət çəkən Çexiya prezidenti Miloş Zeman əlil arabası ilə yavaş-yavaş hərəkət etməyə başlayıb. 

Bu barədə prezident özü bu bazar günü yerli “Blesk” qəzetinin internet televiziyasına müsahibəsində deyib. Sherg.az bildirir ki,  xəbəri TASS yayımlayıb. Prezident müsahibəsində “Mən əlil arabası ilə hərəkət edirəm, çünki belə daha rahatdır. Ayaqlarımın vəziyyəti heç də yaxşı deyil”, söyləyib.

Prezident həkimlərin  məsləhət gördüyü bu hərəkət vasitəsindən dövlət tədbirləri zamanı istifadə edəcəyini deyib.

Çexiya pezidenti 2020-ci ilin avqustunda qolundan aldığı zədə ilə əlaqədar Hərbi Hospitala yerləşdirilmişdi və əmliyyat olunmuşdu. 76 yaşlı prezident diabet xəsətliyindən də müalicə olunur.