Xəzinə tapdığını sandı: Həyatının şokunu yaşadı - FOTOLAR

Evinin bağçasında torpağa basdırılmış xəzinə tapdığını zənn etdi, gerçək ortaya çıxdıqda şoka düşdü.



Sherg.az “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə Kanadada yaşanıb. Toni Huisman evinin arxa bağçasında qazıntı işləri aparırmış, birdən əlindəki belin ucu möhkəm bir əşyaya dəydiyini hiss edib. Toni əvvəlcə maraqla həmin yeri qazmağa başlayıb.


Bərk əşyanın üzərinin betonla örtülü qutu olduğunu gördükdə, marağı daha da artıb, hətta xoş xəyallara qapılaraq bağçada xəzinə basdırıldığını düşünüb. Və daha böyük əzmlə yeri qazaraq beton qutunu çıxarmağa çalışıb. Toni yeri qazmasını telefonla videoya çəkərək canlı-canlı sosial şəbəkədə paylaşmağa başlayıb. Lakin xəzinə deyə üzə çıxarmağa çalışdığı beton qutunun əslində nə olduğunu görəndə dəhşətdən gözləri böyüyüb, şoka düşüb.

Oni ağız-burnunu tez qapayaraq dəhşət içində geri çəkilib. Demə, evin əvvəki sahiblıri arxa bağçada yerə kanalizasiya tullantıları üçün depo basdırıbmış. Bu, müxtəlif həcmə malik, daşına bilən kanalizasiya depolarıdır. Bu depolar xüsusi materialdan hazırlanır, uzun illər torpaqda qalır, həcminə və kanalizasiya tullantılarını saxlama müddətinə görə, bir neçə ildən sonra yerdən çıxarılaraq içinin boşaldılması üçün müvafiq bir yerə daşınırlar.  Toni Huismanın TikTok-da paylaşdığı görüntülərə rəylər  sel kimi axıb. Video sosial mediada 7 milyondan çox izlənib.