Dayanacaqda ŞOK YAŞANDI: 3 metrlik timsah...- FOTO

ABŞ-ın Florida ştatındakı yaşayış binasının avtomobil dayanacağında tutulan nəhəng timsah mənzil sakinlərinə qorxu dolu anlar yaşadıb. Timsahı ələ keçirmək üçün hadisə yerinə Florida Balıq və Yırtıcı Həyat səlahiyyətliləri və polis çağırılıb.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər birir ki, komanda timsahın ağzını bağlayaraq nəzarət altına alıb.
Səlahiyyətli şəxslər timsahların cütləşmə müddətinə diqqət çəkərək mümkün təhlükələrə qarşı bir sıra xəbərdarlıqlar ediblər.
Timsahların cütləşmə dövründə döyüşkən ola biləcəyini qeyd edən səlahiyyətlilər, ev heyvanları sahiblərini heyvanları suyun kənarından uzaq tutmaları mövzusunda xəbərdar ediblər. Daha sonra nəhəng timsah vəhşi təbiətə buraxılıb.