Nadirlə Xatirədən türk qardaşlarımıza hörmətsizlik:"Onlar belədi də"

Müğənni Samir Piriyev Bodrumdakı qonşusu ilə videosunu paylaşıb. O videoya “ 7 ildir qonşuyuq, hər gün ac qarına 50 dəfə salamlaşıb, söhbət edirik. Demə adımı da bilmirmiş”.
“Sherg.az”ın məlumatına görə onun  videosu gülüş yaradıb. Samirin həmkarları da posta rəy yazıblar. Bir neçə məşhurun kommenti isə birmənalı qarşılanmayıb.

Məsələn, Xatirə İslam türk qardaşlarımızı nəzərdə tutaraq bunları söyləyib:

"Onlar belədi də. Guya bilmirsən? Özlərinə lazım olan şeyləri yadda saxlayırlar”.

Nadir Qafarzadə isə paylaşıma belə münasibət bildirib:

“Samir, çünki sən, biz onlara lazım deyilik”.