Deputat: “Üç ildə bir ömrə sığmayan işlər görülüb”

Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin xalqın inamını qazanaraq növbəti dəfə prezident seçilməyinin üstündən üç il ötür. Əlbəttə, ötən müddət ərzində göstərilən etimad özünü doğrultdu. Xalq bir daha əmin oldu ki, ürəkdən, tərəddüdsüz “İlhamla İrəli!” demək olar.



 Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas ötən üç ildə görülən işlər barədə “Sherg.az”a danışdı: 

“Çox ciddi addımlar atılıb, o cümlədən idarəçilikdə, iqtisadiyyatda, xarici siyasətdə önəmli islahatlar aparılıb. Koronavirus pandemiyasına rəğmən, ölkənin dinamik inkişafı təmin olunub. Siyasi partiyalarla mühüm dialoqlar aparılıb.

Təsadüfi deyil ki, həmin partiyaların, demək olar, hamısı Qarabağ məsələsində vahid mövqedən çıxış etdilər. Əlbəttə, ən mühüm nailiyyətlərdən biri ordumuzun Şuşanı azad etməsi, orada Novruz tonqalının qalanması idi.

Prezidentin savaş dövründə xarici media orqanlarına verdiyi müsahibələr də çox əhəmiyyətlidir. Yəni son üç ildə bir ömrə sığmayan işlər görülüb. Onlar haqqında çox danışmaq olar”.