Rəqsanənin “Moskva ittihamı"na CAVAB:“Məsələlər var, danışacam”

İki gündür ki, müğənni Rəqsanə İsmayılovanın Rusiyaya üz tutan həmkarlarını tənqid etməsi müzakirə olunur. Onun fikirləri istər sosial şəbəkə istifadəçiləri, istərsə də sənət adamları tərəfindən birmənalı qarşılanmır. Rəqsanəni dəstəkləyənlərlə yanaşı, sərt tənqid edənlər də var. Bir də cəmiyyətdə sual yaranıb: “Rusiyadakı vəziyyət necədir ki, Rəqsanə əlinə mikrofon almağa belə utanır?”
Qonşu ölkəyə yola düşənlər sırasında olan xanəndə, əməkdar artist Elnarə Abdullayeva “Sherg.az”a danışıb. O canlı yayım açaraq açıqlamalar verəcəyini söyləyib:
“Amma kiminsə yanında olmamışam. Bir-iki toyum var idi, orda oxumuşam. Xırda-mırda adına konsert deyilən “Konsertçik”lərdən və burdakı ab-havadan xəbərim yoxdur. Təyyarəyə minib Rusiyaya gəlmişəm, toyda ifa edib qayıtmışam.  Çöldə-bayırda nə baş verir bilmirəm. Müəyyən məsələlər  var, onlar haqqında danışacam”.