Həmkarı Rəqsanəni “sökdü”: “...Moskvada toydan sonra evdə yatın” – Biabırçılıq!

“O nə deməkdir?! Harada yatırlar ki? Çörək pulu qazanırlar da”

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın qalmaqallı açıqlaması müzakirələrə səbəb olub. Rəqsanə İnstaqram səhifəsində  bu sözləri yazıb: “Bəzi dırnaq arası müğənnilər, musiqiçilər Rusiyanı gəlib elə günə qoyublar ki,  adam əlinə mikrofon almağa utanır”.

“Sherg.az”ın məlumatına görə müğənninin fikirlərinə həmkarı Murad Sadiq sərt reaksiya verib. O Rəqsanə ilə razılaşmadığını söyləyib:

“Nə isə deyəndə fikirləşib danışmalıdır. Xoşuma gəlmədi, deyir ki toydan sonra gedib, evinizdə yatın. O nə deməkdir?! Harada yatırlar ki? Çörək pulu qazanırlar da. Söyləyir ki, onların əlindən əlimə mikrofon almağa utanıram. Niyə utanırsan ki?  “Tədbirdən sonra evə gedin” deməsi umumiyyətlə, məqsədəuyğun deyil. Mən subyektiv fikrimi bildirirəm. Belə danışmaq olmaz.  Onlar sənətçidirlər, pul qazanırlar.
Pis, ya yaxşı oxuyurlar qarışmıram. Lakin Rəqsanə düzgün danışmır”.