"Sinovac"effektsizdir? – Həkim inkar etmir:“Şübhələrə əsas var”

 “Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Gao Fu açıqlama verib ki, "Sinovac" peyvəndinin qoruma təsiri çox aşağıdı, cəmi 50,4%-dir. Çindən kənarda ən çox bu peyvənd Braziliya və Türkiyədə vurulub. Hər iki ölkədə də virusun yayılmasının növbəti kəskin dalğası yaranıb.
Azərbaycanda 1 milyondan çox insana "Sinovac" vaksini vurulub və son günlər bizdə də virusun yayılması artıb.
Bu məsələ ilə bağlı Azərbaycanda məsul qurumlar mütləq açıqlama verməlidirlər. Vaksinləşmə vacibdir, buna qarşı deyiləm, amma yaranan suallara da ağlabatan cavab tapmalıdır...”. 

 Bu sözləri iqtisadçı-ekspert, ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib.


 ATU-nun professoru, həkim Adil Qeybulla “Sherg.az”a açıqlamasında sözügedən iddialara aydınlıq gətirdi:

 “"Sinovac" vaksini haqqındakı müsbət rəylərə görə sifariş edilirdi. Belə ki, sözügedən peyvəndin 80 faiz effektli olduğunu deyirdilər. İndiki araşdırmalar isə bunun əksini göstərir. Əlbəttə, yoluxanların sayının artması narahatedicidir. Çünki vaksinləşənlərin sayı da az deyil. Fikrimcə, peyvənd olunanların kütləvi surətdə anti-kor testindən keçməsi şübhələrə əsas yarada bilər”.