Nadirdən bəzi oruc tutanlara sərt təpki:“11 ay pozğunluq edib...”

“Ramazan ayı xoş gəldi. 11 ay etdiyimiz pisliklər, haqsızlıqlar, pozğunluqlar, yediyimiz haramlar üçün oruc tutub, Allahdan bağışlanmağımızı istəyirik”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində müğənni Nadir Qafarzadə yazıb. O statusa bunları da əlavə edib:
“Ramazandan sonra pis əməllərə davam edirsiniz! Bəsdirin Allahla şərt kəsdiniz. Elə yaşayın ki, sonradan etdiyiniz  günahlara görə Allahla şərt kəsməyəsiniz.

Deyirlər, Allah bağışlayandır, biz isə bu əfvlərdən istifadə edib, daha çox pisliklər edirik. Deyirik, onsuz da Allah bağışlayandır. Yetər artıq gözdən pərdə asdınız. Həqiqi, layiqli və təmannasız insanların orucları qəbul olsun”.

Biz izləyicisi isə həmin paylaşıma bu kommenti yazıb:

“Nadir bəy, siz  keçmişdə televiziyada dediniz ki, öləndə molla yas yerimə molla gətirməsinlər. İndi  Ramazan ayı haqqında yazmısınız. Yeni dindar olmusunuz?”.

Müğənni o rəyi cavabsız qoymayıb:

“Dedim axı mən cahil deyiləm. Allah təkdir. İnamım yalnız onadır”.