Avtomobil azyaşlını vuraraq öldürdü

Ağsuda piyadanın ölümü nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlunun idarə etdiyi avtomobil vurub.


Yaralı dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.