Peskov:"Rusiya təlimlərə görə izahat verməyə məcbur deyil`

Rusiya qərb sərhədlərində hərbi təlimləri davam etdirir.
“Sherg.az” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib. O, yoxlama tədbirlərinin iki həftə ərzində tamamlanacağını deyib. 
 Bir müddət əvvəl ABŞ rəhbərliyi sözügedən təlimlərə istinad edərək Rusiyanın hərbi təcavüzünün artdığını vurğulamışdı. Rusiya dövlət başçısının sözçüsü Vladimir Peskov isə buna cavab olaraq Kremlin ölkə daxilində keçirdiyi təlimlər barədə kiməsə izahat verməyə məcbur olmadığını deyib.