Dünyanın ən böyük dovşanı oğurlandı - Foto

Keçmiş Playboy modeli və məşhur dovşan yetişdiricisi Annette Edvardsın dovşanı qaçırılıb. Model İngiltərənin Vorçester şəhərində evindən oğurlanan dovşanı tapan şəxsi mükafatlandıracağını açıqlayıb. 
“Sherg.az” “Ntv.com.tr”yə istinadən bildirir ki,  129 santimetr uzunluğundakı “Darius” adlı heyvan 2010-cu ildə Ginnesin dünya rekorduna düşüb və o vaxtdan bəri dünyanın ən böyük dovşanı olaraq rekordunu qoruyur.
68 yaşlı bir uşaq anası A.Edvards 10 yaşlı dovşanının itkin düşməsindən çox kədərləndiyini və polisin hər yerdə “Darius”u axtardığını söyləyib. Lakin bu günə qədər şübhəli şəxslərin olduğuna dair heç bir detal tapılmayıb.