Ev tikintisi zamanı xəzinə tapdı - Həyatını dəyişdi 

Hindistanın Telanga əyalətindəki bir tarlada ev inşası üçün qazıntı aparan işçilər qızıl və gümüşlə dolu saxsı qab tapıblar. Jangaon bölgəsinin Pembarthi kəndində tapılan saxsı qabdan təxminən 190 qram qızıl, 1.72 kiloqram ağırlığında gümüş çıxıb. 

“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, təxminən bir metr dərinlikdə tapılan xəzinə daha sonra səlahiyyətli şəxslərə təhvil verilib.
Xəzinənin dini əhəmiyyətə sahib olduğunu iddia edən sakinlər dua ediblər.
Səlahiyyətlilər qabın içindən 51 qızıl muncuq, 22 qızıl sırğa, 11 qızıl boyunbağı, 26 gümüş çubuq, 5 gümüş zəncir və 6.5 qram ağırlığında yaqutun olduğunu qeyd ediblər.

Jangaon bölgəsinin məmuru Rajendra Prasad bildirib:

“Kəşf xəbərini aldıqdan sonra qiymətli əşyaları xilas etdik. Torpaq sahibinə bölgədəki hər hansı bir qazıntı işinə növbəti əmrə qədər başlamamağı tapşırdıq”.