İddia:"Laçın və Kəlbəcərdə Türkiyə hərbi bazası yaradılacaq"

“Rus çıxmırsa, türk də mütləq burda olacaq”

“Qoy, Putin və Şoyqu işlərini indidən planlaşdırsınlar”

“Azərbaycanda Türkiyənin hərbi bazası arzuolunandır, lakin bunun üçün tələb olunan şərait yaranmayıb”.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. 
O, “Sherg.az” a açıqlamasında sözügedən təşəbbüşün hansı halda labüd olacağını dedi: 



“Qanunvericilik bazası da ölkəmizdə xarici ölkələrin hərbi iştirakını məhdudlaşdırır. Lakin Rusiyanın 4 ildən sonra Qarabağdan şələ- şüləsini yığışdırmadığı halda, Laçın və Kəlbəcərdə Türkiyə hərbi bazasının yaradılması zərurətə çevriləcək. Odur ki, şərtlərimizi indidən formalaşdırmalıyıq: rus çıxmırsa, türk də burda mütləq olacaq. Qoy, Putin və Şoyqu işlərini indidən planlaşdırsınlar”.