Flora Kərimovanın səhhətindən XƏBƏR VAR

Xalq artisti Flora Kərimova səhhəti ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.

"Sherg.az" axşam.az-a istinadən xəbər verir ki, müğənni açıqlamasında hazırda səhhətinin yaxşı olduğunu, evində dincəldiyini bildirib:

"Səhhətimdə elə də ciddi problemlər yox idi. Yaranan problemlər fəsil dəyişkənliyi ilə bağlıdır. Bir az mənə mənfi təsir etdi. Hazırda isə yaxşıyam. Şükür Allaha artıq səhhətimlə bağlı problem aradan qalxıb".

Qeyd edək ki, "news24.az" saytı F.Kərimovanın ürəyinin dayandığı və xəstəxanaya yerləşdirildiyini yazmışdı.