Amerikalı analitik: “Ukrayna məsələsində Putin geri addım atacaq”- NİYƏ?

Ukrayna ilə Rusiya arasındakı münasibətlərin son həftələr bir az da gərginləşdiyi heç kimə sirr deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfləri sülhə çağırmasına rəğmən, görünür, buna tam nail olunmayıb.
Hər halda Rusiya işğalçılığından əl çəkmir. Ukraynanın səbr kasası isə çoxdan dolub. 
Amerikalı siyasi analitik Pol Goble tərəflər arasında ziddiyətin gələcək inkişafını “Sherg.az”a şərh etdi:
“Müharibə həmişə mümkündür. Lakin fikrimcə, Putin geri addım atacaq. Rusiya dövlət başçısı Krım üçün su ehtiyatlarını ələ keçirməyə çalışacaq. Onun üçün prioritet budur”.