Bacılardan ŞOK sözlər:“Moskvaya göyərti qiymətinə gedənlər...”

Sevil və Sevinc bacıları “Səhər mərkəzi” verlişində qonaq olublar. “Sherg.az”ın məlumatına görə onlar pandemiya dövründə gəlir əldə etdikləri sahələrdən danışıblar. Sevil deyib ki, sosial şəbəkələr, “YouTube” və reklamlardan pul qazanırlar:

“Təbii ki, koronadan əvvəlki dönəmdəki kimi deyil, amma gileylənmirik. Yenə də Moskvaya göyərti qiymətinə getməyə dəyməz. Biz  burda rahatıq. Fikrimcə, insan özünə və sənətinə qiymət verməlidir. Orda illərlə yaşayıb, çalışan, öz sözünü deyən müğənnilər də var. Burdan gedən həmkarlarımız ordakı müğənnilərə də mane olurlar. Elə qiymətə ifa edirlər ki,  insanlar düşünürlər ki, bir nəfər çağırmaqdansa, Azərbaycandan 10 müğənni dəvət edərəm. Ona görə haqsızlıq olduğunu düşünürəm. Allah bizə dərdi veribsə, öhdəsindən gəlmək lazımdır. Ora köçmək məcbur deyil”.

Sevinc isə bu haqda danışmaq istəmədiyini söyləyib:

“Məncə,  hərə özü üçün çalışır. Yəni bu gün infeksiya var, ucuz qiymətə oxuyursan. Postpandemiya dövründə qiyməti qaldıra bilməyəcəksən.Ona görə öz işləridir”.