Hərbi Qənimətlər Parkına neçə nömrəli avtobuslar gedir? - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yaradılan Hərbi Qənimətlər Parkına gedən marşrut avtobuslarının siyahısını açıqlayıb.
Agentlikdən verilən məlumata görə, adıçəkilən park istiqamətində Bakının müxtəlif istiqamətlərindən dörd marşrut xətti işləyəcək. Belə ki, bu park istiqamətində paytaxtın Əhmədli qəsəbəsindən 21, Naxçıvanski küçəsindən 32, Günəşli qəsəbəsindən 46, Hövsan qəsəbəsindən isə 175 saylı marşrut xətləri üzrə avtobuslar hərəkət edir.
Adıçəkilən marşrut xətlərinin son dayanacaq məntəqəsi isə "28 May" metrostansiyasının qarşısıdır.