İddia: Sarkisyan Britaniya agentidir – Beyni "yuyulub”

Ermənistanda Qarabağdakı məğlubiyyətdən sonra başlayan siyasi, iqtisadi, hərbi və sosial təlatümlər davam edir. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan respublikanın prezidenti Armen Sarkisyanın Britaniyanın agenti olduğunu bildirib. Bu barədə “Türkiye Gazetesi” xəbər yayıb.
Bildirilir ki, 53 erməni hüquqşünas ölkə prezidentini Böyük Britaniya vətəndaşlığına malik olmaqda və erməni xalqından bəzi şəxsi məlumatları gizlətməkdə ittiham edərək Ermənistanın Baş Prokurorluğuna şikayət veriblər.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Sherg.az”a açıqlamasında sözügedən iddialara münasibət bildirdi: 

“Hrant Baqratyan ciddi adam deyil. Spirtli içkilər, xüsusilə konyak onun “beynini yuyub”. İctimai rəydə olmaq istəyir, amma bacarmır. Sarkisyanın yeganə səhvi Britaniya vətəndaşı olmasıdır. Əlbəttə, Azərbaycan üçün Ermənistan hakimiyyətində kimin olmasının fərqi yoxdur. Biz bütün hallarda torpaqlarımızı azad edəcəkdik. Gələcəkdə ölkəmizin Avrasiyada hansı böyük uğurlara imza atacağını görəcəyik”.