Kreml ifşa olundu:Rəsmi Bakı “İskəndər” olayını ictimailəşdirdi”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şuşada qalıqları taplan “İskəndər- M” raketlərinə dair açıqlama verib. O, mövzunun Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə oldunduğunu deyib.
“Hərbi xətt boyunca yaxın bir dialoq aparılır, bu müddət ərzində bütün müvafiq məsələlər müzakirə olunur”,- deyə Peskov qeyd edib.
Əslində məsələnin nə yerdə olduğu hər kəsə aydındır. Necə deyərlər, görünən dağa nə bələdçi?



“Ağ” partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli də düşünür ki, həqiqətən, “bələdçiyə” filan ehtiyac yoxdur. O, bu barədə fikirlərini “Sherg.az”la bölüşdü: 
“Deyilənə görə, araşdırma aparılır. Fikrimcə, bir azdan həmin raketlərin sınaq xarakterli olduğunu və hökumətdən xəbərsiz satıldığını deyəcəklər. Sonra isə “satanları” cəzalandıracaqlar. Beləliklə, məsələni bağlamağa çalışacaqlar.  Əslində Rusiya buna məcburdur. Çünki Kreml ifşa olundu və rəsmi Bakı şimal qonşumuzun “qəbahətini” ictimailəşdirdi. Hər halda Moskva Azərbaycanla münasibətləri pisləşdirmək istəməz”.