Azərbaycanda peyvənd olunanların ümumi sayı AÇIQLANDI - FOTO

Bu gün Azərbaycanda vaksinasiya olunanların sayı 31 028 nəfər olub.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələdə isə bu rəqəm 4 681 nəfər təşkil edib.
Bu günə qədər Azərbaycanda ümumilikdə 1 243 191 ədəd vaksin vurulub.
Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 813 413 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 429 778 olub.