"Çukur"da növbəti ayrılıq - Foto

Hazırda "Show" telekanalında yayımlanan "Çukur" serialında növbəti ayrılıq yaşanacaq.

"Sherg.az"  xəbər verir ki, gələn həftə Genco Özak izləyicilərinə vida edəcək. "Kulkan" obrazına həyat verən aktyoru "Efsun" silahla vuraraq öldürəcək.

Qeyd edək ki, "Çukur"un əsas rollarında Aras Bulut İynemli, Perihan Savaş, Müfit Kayacan, Necip Memili, Erkan Kolçak Köstendil kimi aktyorlar çəkilirlər. Serial bu yay final edəcək. /Axşam.az