Abbas koronadan ölən musiqiçidən yazdı:"Kimi günahlandırasan?"

Əməkdar artist Abbas Bağırov bu gün koronadan vəfat edən musiqiçi Nəbi Məmmədovdan yazıb.  

"Sherg.az"  xəbər verir ki, o mərhumla fotosunu paylaşaraq bu sözləri qeyd edib:

"Kimi günahlandırasan bu işdə? Nəbi tanıdığım insanlar içərisində ən az günaha gedənlərdən biri idi. Onu saysız-hesabsız sevən var. Sənəti insanlığı kimi möhtəşəm idi. Nə üçün yaxşılar bizi tez tərk edir? Bir həftədən çox virusa yoluxdu və səhhəti pisləşdi. Neçə gün mübarizə apardı. Dilimdə gəlmir nə isə kədərli bir söz deyim. Amma biz onu itirdik".