Aybəniz Haşımova: "Mehriban xanım milyonlarla insanı ölümdən xilas etdi"

Xəbər verdiyimiz kimi Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib. Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb.  

Bu müjdəni Tunarın anası Səbinə xanıma canlı yayımda əməkdar artist Aybəniz Haşımova çatdırıb.  



"Sherg.az"ın  məlumatına görə o sevincini belə dilə gətirib:

"Bu gün Tunar üçün o qədər dua etdim ki... Dedim, İlahi, nə olar bir möcüzə yetir. O möcüzə də Mehriban xanım Əliyevadır. Tunar balamız üçün uzun müddətdir insanlar mübarizə aparırdılar. Sosial şəbəkələrdə qruplar yaradıldı, hamı Tunarın səsinə səs verdi. Əslində Mehriban xanım milyonlarla insanı ölümdən xilas etdi".