Peskovdan açıqlama:"ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etsə…"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanal”a müsahibə verib.
“Sherg.az” TASS-a istinadən bildirir ki, o, Rusiya dövlət başçısı Vladimir Putinlə ABŞ lideri Co Bayden arasındakı telefon danışığından söz açıb. Peskov liderlərin Ukraynadakı vəziyyətlə bağlı müzakirə apardıqlarını deyib.
O, həmçinin bildirib ki, rəsmi Vaşinqtonuin Kremlə qarşı yeni sanksiyalar tətbiq etməsi ABŞ-ın əməli ilə sözü arasında ziddiyyət olduğunu göstərəcək.