Yəhudi politoloq:“Rusiya Ermənistana həmişə silah verib- Fakt

“İskəndər” raketi ilə bağlı olay hələ ki, müəmma olaraq qalır. Azərbaycan tərəfi açıqlama tələb edir. Ermənistan məsuliyyəti boynundan atır. Rusiya isə “araşdırırıq” deyir. Necə araşdırdıqlarını özləri daha yaxşı bilirlər. Ümid edirik ki, bu “baş altına yastıq qoymaq” cəhdləri deyil. 
İsrailli politoloq Mixail Finkel Qarabağa atılan raketlər barədə fikirlərini “Sherg.az”la bölüşdü: 
“Mən bu məsələ barədə dəfələrlə tənqidi fikirlərimi bildirmişəm. Rusiya onsuz da həmişə Ermənistana silah satıb. İndi “İskəndər- M”-in rəsmi İrəvanın əlinə necə keçdiyini bilmirəm. Amma fakt faktlığında qalır və bu istiqamətdə ciddi araşdırmaya ehtiyac var”.