"Rəmiş maşını da, evi də adıma keçirdi" - Pay ummayın!

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım “Lent.az”a müsahibəsində onun mirasından söz açıb.
“Sherg.az”ın məlumatına görə gülü Rəmişdən qalan bütün mülklərin onun adına olduğunu söyləyib:
“Rəmiş iki dəfə ailə həyatı qurub. Birinci evliliyindən iki qız övladı var. 1978-ci ildən də mənimlə rəsmi nikahdadır. Hansısa bir bölgü yoxdur. Onun hər şeyi mənim adımadır. Bu evi 2009-cu ildə prezident İlham Əliyev Rəmişə bağışlayıb. O da mənə hədiyyə etdi. Hədiyyə də bölünməz və bölünmür. Maşını da, evi də mənim adıma keçirdi. Kimsə bir pay istəyə bilməz. Bizdə hər şey qanun çərçivəsindədir”.