SON DƏQİQƏ ! “Ağ Ev”dən Kremlə təhdid: sərt sanksiyalar gəlir

“Ağ ev”dən Kremlə sərt sanksiyalarla bağlı açıqlama gəlib. “Ağ ev”in açıqlamasında “ABŞ dövlət maraqlarını müdafiə edəcək, ABŞ-a zərər verən rus hökuməti oyunlarının əvəzini ödəyəcək” sözləri yer almaqdadır.  Həmçinin açıqlamada “sanksiyalar Rusiyanın həm rubl, həm də rubl xaricindəki valyuta növlərindən borcuna tətbiq ediləcək” deyilir. 
   Kremlim sözçüsü Dmitriy Peskov isə Rusiya prezdenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasındakı mümkün görüşlə bağlı “qısa zaman içində Putin-Bayden görüşünün təşkili mümkün deyil” söyləyib.
D.Peskov Ukrayna böhranına da toxunub:
“Xeyli sayda NATO və ABŞ hərbi qüvvəsi tədris-təlim çərçivəsində Rusiya sərhədlərinə yönəldilib. Əlavə hərbi qüvvələrin əraziyə yerləşdirilməsi vəziyyəti daha da gərginləşdirəcəkr”.