Dünya bu hadisdən danışır: Peyvənd qərarını açıqladı və huşunu itirdi 

Danimarkadakı Əczaçılıq Agentliyinin Farmakologiya Departamentinin direktoru Tanja Eriçsen Covid-19-a qarşı hazırlanan “AstraZenaca” peyvəndinin ölkədə istifadəsinin dayandırıldığını elan edərkən huşunu itirib.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, Eriçsen canlı yayımda nadir qan laxtalanmasına səbəb olduğunu əsas gətirərək qərarını açıqlayırdı.
Daha sonra salondakılar qəfildən yerə yıxılan Eriçsenin köməyinə qaçıblar. Bir müddət keçdikdən sonra oyanaraq xəstəxanaya yerləşdirilən direktorun səhətinin yaxşı olduğu deyilir.