“Rıjı”nın qətli üçün nə qədər pul ödənilib? – Killer danışır...

“Qanuni oğru” Əli Heydərovun (Albert Rıjıy) qətli üçün sifarişçilərin nə qədər pul ödədikləri açıqlanıb. 
“Şərq” REN TV-yə istinadən bildirir ki, Albert Rıjının qətlini sifariş edənlər təqsirləndirilən şəxs qismində saxlanılan Mətləb Sultanova 1,5 milyon rubl ödəyiblər. Bu məbləğə killer “Alıye Parusa” yaşayış kompleksində mənzil kirayələyib, həmçinin özü və rəfiqəsi üçün fitnes-klubda abonent ödənişləri həyata keçirib. Bundan əlavə Sultanov əlavə daha bir mənzil də kirayələyibmiş. Elə bu mənzildə də o hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb. “Rıjı”nın “Alıye Parusa” yaşayış kompleksində qətlə yetirildiyi bazar ertəsi məlum olub. İlkin açıqlamalara görə qətl döyüş tapança-pulemyotu vasitəsilə həyata keçirilib. Hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır. Müstəntiqlər “Rıjı”nın qətlində iki mülahizə üzərində işləyir. Bir mülahizə budur ki, oğru dünyası “avtoriteti” hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi üçün qətlə yetirib. İkinci mülahizə isə “Rıjı”nın məşhur “qanuni oğru” Nadir Səlifovun (Quli) qətlinin gizli sifarişçisi olmasından ibarətdir.