Aparıcıdan aşıq Mübarizə “tərs şillə”:“...Toya baxırdım, yoxsa sirkə?!”-VİDEO

“Stulda bir nəfər oturmuşdu, qucağında başqa adam var idi. Əlavə də baş gördüm, saz da aşağıda idi. Anlamadım, mən toya baxırdım, yoxsa sirkə?! Mübariz mənim canım-gözümdür. Amma doğrudan da sazla belə rəftarı ilə razılaşmıram”.


“Sherg.az” xəbər verir ki, bu sözləri “6/8” verlişində aparıcı Mətanət Əliverdiyeva  aşıq Mübariz Camaloğlunun qalmaqallı videosu haqqında deyib. Proqramın qonağı Aşıq Əli isə həmkarının davranışına belə münasibət bildirib:
“Saz bizim kökümüzdür, soyumuzdur. Hər kəs öz səviyyəsində sənətini təbliğ edir”.