Mətanətdən sensasion açıqlama:"Bıçaq izləri hələ də kürəyimdədir"

Müğənni Mətanət Əsədova  “Xəbər-Ətər” verlişində qonaq olarkən iddialı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə o Zümrüd Bədəlovanın suallarını belə cavablandırıb:
“Yalan mənim düşmənimdir. Xəyanəti isə ağlıma da gətirmirəm, qəbul eləmirəm. Hazırda həyatımda biri  yoxdur ki, xəyanət də gözləyim. Allah eləsin olmasın da.
İstəmirəm ! Yaxşılıq etdiyim insanlardan isə çox xəyanət görmüşəm.
Sevgi ilə bağlı xəyanətə rastlaşmamışam. Lakin insan kimi davrandıqlarım xainlik ediblər.
"Bıçaq" izləri hələ də kürəyimdədir. Bir ölüm bir də sevgi qəfil gəlir. İndi yalnız Allahı sevirəm. Çox həssas, kövrək insan olduğum üçün məhəbbət istəmirəm”.