Çin korona ilə bağlı açıqlama vermir, ABŞ isə...

ABŞ kəşfiyyat xidmətləri yeni növ koronavirusun necə meydana gəlməsi ilə bağlı araşdırmaları davam etdirir.
Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Haynes iki mümkün variantın olduğunu bildirib. Bunlardan birincisi virusun süni şəkildə, laboratoriyalarda hazırlanması, ikinci isə iddia edildiyi kimi, heyvandan insana keçməsidir. 
 Həmçinin Çinin sözügedən məsələ barədə açıqlama verməkdən çəkindiyi vurğulanır. 
 Mütəxəssislər virusun süni şəkildə yaradılmasına inanmırlar.