Şahbaz Dilqəmi debata çağırdı:“Gəl, danışaq, nənən Paşinyanın...”

“Bir adam nə isə iş görəndə, günahlarını kiminsə üstünə atır. Göstərmək istəyir ki,  özünün nədənsə  xəbəri yoxdur. Lakin insanlar bilir kim nədir, nə deyil. Hər şey Dilqəmin yanında olub, elə Həsənin öldürülməsi də. Mən onlardan 8 gün tez tutulmuşam. İkisi də sağ-salamat gediblər. Biri ölüb, biri də salamat gəlib”.
Bu sözləri “Sherg.az”a Şahbaz Quliyevin Dilqəm Əsgərovun onu erməni agenti adlandırmasına münasibət bildirərkən deyib. O D.Əsgərovun nağıl danışdığını söyləyib:
“İstəyirlər ki, insanlara yanlış məlumat versinlər.  Gəlsin televiziyada, ya da radioda üzbəüz danışaq. Yanımda desin ki, bu işi o edib. Yoxsa 100 qram araq içib, nə gəldi söyləyir.  Məsələn, mən də içkili çıxım, deyim ki bütün İrəvanı dağıtmışam. İnanacaqsınız?  Bu da eynilə elədir. Axı niyə internetdə danışır? Qarşı-qarşıya oturaq, 10 nəfər də hökumət adamı olsun. Desin ki, o bu işi görüb. Piyan olub, deyir, Paşinyanın dostudur. Paşinyanın dostu mən niyə oluram ki? Onun qohumu sənsən, nənən Vardanisdəndir. Sən daha yaxınsan. Mən isə 1990-cı ildən erməni ilə müharibə aparıram. Gəncədə 120  nəfər mənlə əsgərlikdə olan adam var.  Tərtərdə də həmçinin döyüş yoldaşlarım olub. Hətta  bütün Tərtər adından da danışıb. Tərtər qəhrəman regiondu, elə oğullar var ki, nə qədər şəhid veriblər”.